“Dərbəndin sahibi kimdir?” – keçmiş XİN rəhbəri rus millətçilərə cavab verdi


Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov rus millətçilərinin azərbaycanlılara qarşı yönəlmiş son açıqlamalarına sərt reaksiya verib.

Turkustan.az xəbər verir ki, diplomat bildirib ki, bu cür çağırışlar tarixi reallıqlarla ziddiyyət təşkil edir və Rusiya daxilində bölücülüyü təşviq edir.

Zülfüqarov sosial şəbəkələrdə paylaşım edərək xatırladıb ki, Rusiya Federasiyasının ən qədim şəhəri olan Dərbəndin əhalisinin təxminən 40 faizi etnik azərbaycanlılardan ibarətdir. Onun sözlərinə görə, Dərbənd tarixən azərbaycanlıların yaşadığı ərazi olub və bu fakt rus millətçilərinin "öz ölkənizə qayıdın" kimi çağırışlarını tam mənasız edir.

“Bu millətçilər nəyi nəzərdə tutur? Onlar istəyir ki, Rusiya ərazisindəki ən qədim xalq – dərbəndli azərbaycanlılar öz vətənlərini tərk etsinlər? Bu, absurddur”, – deyə Zülfüqarov bildirib.

Diplomat əlavə edib ki, rus millətçilərinin bu cür ritorikası həm Rusiya Konstitusiyasına, həm də çoxmillətli Rusiya cəmiyyətinin əsaslarına ziddir. Analitiklər isə hesab edirlər ki, bu açıqlama həm Dərbənddəki, həm də bütövlükdə Şimali Qafqazdakı azərbaycanlıların hüquqlarının qorunması baxımından ciddi siqnaldır. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ