Trampdan Obamaya: Vətən xaini, mühakimə olunacaqsan!


Tramp Obamanı dövlət çevrilişinə cəhddə ittiham etdi.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp jurnalistlərin Cefri Epşteynlə bağlı suallarını kəskin tənqid edərək, bu sualları "cadugər ovu" adlandırıb. O, həmçinin keçmiş prezident Barak Obamanı vətənə xəyanətdə ittiham edib və bildirib ki, Obama Hillari Klintonla birlikdə dövlət çevrilişinə rəhbərlik etməyə çalışıb.

Tramp Oval kabinetdə Filippin prezidenti Ferdinand Markos kiçik ilə keçirdiyi görüş zamanı jurnalistlərə açıqlama verib. O, Milli Kəşfiyyatın direktoru Tulsi Qabbardın hazırladığı və Obamanın 2016-cı il seçkilərində Rusiyanın müdaxiləsi ilə bağlı manipulyasiya yaratmağa çalışdığını iddia etdiyi hesabatı əsas gətirib:

“Sizin danışmalı olduğunuz cadugər ovu prezident Obamanı ovlamaqdır. Obama çevrilişə rəhbərlik etməyə çalışırdı və bunu Hillari Klintonla bacardı”.

Tramp administrasiyası, Epşteyn işi ilə bağlı məsələləri necə idarə etdiyi üçün tənqidlərə məruz qalıb. Tramp isə bu iddiaları rədd edərək onları siyasi təzyiq və yönləndirilmiş kampaniya kimi təqdim edib.

Trampın bu açıqlamaları, ictimaiyyət qarşısında nadir hallarda mövqe bildirən Obamanın ofisinin də kəskin reaksiyasına səbəb olub.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ