Livan-İsrail müharibəsi olacaq? - Tom Barakdan AÇIQLAMA


ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi və Ankaradakı səfiri Tom Barak “Livanın İsraillə ikinci müharibə ilə üzləşməyəcəyini” müdafiə edib.

Turkustan.az xəbər verir ki, Livanda yerləşən Əl-Cədid kanalına danışan Barak, "Livan və İsrail arasında atəşkəs razılaşması var, lakin tərəflər bunu həyata keçirməkdə çətinlik çəkir" deyib.

"Biz Livandayıq, çünki sülhün əldə olunmasına kömək etmək istəyirik. Amma vaxt cədvəli var və vaxt daralır, ona görə də biz kompromis əldə etməyə çalışırıq", - ABŞ nümayəndəsi bildirib.

Barak davam etdi:

"Mən silahların təkcə dövlət daxilində müsadirə olunmasını tələb etmirəm, lakin Livanda qanun var ki, yalnız bir hərbi qurum olmalıdır. Livan bu qanunu necə həyata keçirəcəyinə özü qərar verməlidir. Yüngül və ağır silahlardan mütləq imtina edilməlidir".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ