Makronun həyat yoldaşını kişi adlandıran jurnalistə bəraət verildi


Paris məhkəməsi Natacha Reyə bəraət verdi.

Turkustan.az xəbər verir ki,Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makron haqqında iddialar irəli sürən jurnalist Natacha Reyə bəraət verib. Bu barədə jurnalistin vəkili Fransua Danqle açıqlama verib.

Vəkilin sözlərinə görə, apellyasiya məhkəməsi Bricit Makronun və onun qardaşı Jan-Mişel Troqnyönün Natacha Reyə qarşı irəli sürdüyü iddiaları rədd edib. Danqle bu barədə “X” sosial şəbəkəsində paylaşım edərək bildirib:
"Natacha Rey Brigitte və qardaşı Jan-Mişel Troqnyönə qarşı qalib gəldi. Apellyasiya məhkəməsi, Brigitte və Jan-Mişel Troqnyönü dələduzluqda ittiham etməyi planlaşdıran Natacha Reyə bəraət verdi."

Qeyd edək ki, 2024-cü il sentyabrın 12-də Paris məhkəməsi Bricit Makronun kişi doğulduğuna dair böhtan xarakterli iddialar yaydıqları üçün iki fransız qadını ümumilikdə 13 500 avro məbləğində cərimələyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ