ABŞ Dövlət Departamenti işçilərinin ixtisarına başladı


Vashington Post qəzetinin əldə etdiyi daxili memorandumda nazirliyin yaxın günlərdə işçilərə e-poçt vasitəsilə ixtisar bildirişləri göndərməyə başlayacağı bildirilib.

Turkustan.az xəbər verir ki, məktubda nə qədər işçinin ixtisar ediləcəyi ilə bağlı təfərrüat verilməsə də, iddiaya görə, “vəzifələrini tərk edəcək işçilərə hər cür dəstək göstəriləcək” ifadəsi yer alıb.

Nazirliyin sözçüsü Tammy Bruce dünənki mətbuat konfransında qurum daxilindəki restrukturizasiya planının ABŞ dövlət katibi Marko Rubio tərəfindən təsdiqləndiyini və icra mərhələsinə yaxınlaşdığını bildirib.

Kaliforniyada federal hakim iyunun əvvəlində Dövlət Departamentinin 2000-ə yaxın əməkdaşını ixtisar edərək agentliyin yenidən qurulması planını müvəqqəti olaraq dayandırıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ