İsrailin əsas müxalifət lideri Yair Lapid ordunun Qəzzanın cənubundakı Moraq dəhlizində qalmaqda israrını tənqid edərək, baş nazir Benyamin Netanyahunun "Qəzzada əsir mübadiləsi və atəşkəs razılaşmasını özbaşına qırmızı xətlərlə əngəllədiyini" deyib.
Turkustan.az xəbər verir ki, İsrail dövlət televiziyasına danışan Lapid Netanyahunun hazırda Həmas ilə müzakirə olunan atəşkəs razılaşması ilə bağlı mövqeyini tənqid edib.
İsrail ordusunun atəşkəs danışıqlarında tıxanma nöqtəsi olan Moraq dəhlizində qalmaqda israrını tənqid edən Lapid: "Netanyahu razılaşmanın yoluna maneələr qoyur" dedi.
Moraq dəhlizinin açılmasını "əməliyyat" olaraq xarakterizə edən Lapid bunun Qəzzada əsir olan israillilərin "taleyini təyin etməməsi" lazım olduğunu söylədi.
Aytən Yaşar/ Turkustan.az