Avropa ölkələri Ukrayna müharibəsinin təsirlərinə görə müdafiə xərclərini artırmağı planlaşdırarkən, ABŞ mətbuatı Almaniyanın tank və zirehli texnikanın alınması üçün 25 milyard avro ayırmağa hazırlaşdığını yazıb.
Turkustan.az xəbər verir ki, Bloomberg-in məsələ ilə bağlı məlumatlı mənbələrə əsaslanan hesabatına görə, Almaniya ordusuna (Bundesver) 2500 zirehli texnika, eləcə də 1000 tank tədarükü nəzərdən keçirilir.
Alınması planlaşdırılan tank növü kimi Leopard-2 önə çıxır və sözügedən tankın Ukrayna müharibəsində istifadə edildiyi məlumdur.
Almaniya kansleri Fridrix Merz bu yaxınlarda Rusiyanın Almaniyaya qarşı təxribat hərəkətləri etdiyini, eyni zamanda casusluq fəaliyyətinə də toxunduğunu bəyan edib.
Aytən Yaşar/ Turkustan.az