Böhranın əsas səbəbləri aradan qaldırılmadan siyasi diplomatik həll mümkün deyil. Rusiyanın təhlükəsizlik maraqlarını nəzərə almayan bir həll bizi qane edə bilməz.
Turkustan.az xəbər verir ki, bu s[zl'ri Sergey Lavrov deyib. Lavrov paytaxt Moskvada Rusiyada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə görüşüb. İki nazir görüşdən sonra mətbuat konfransı keçirib.
İclasda çıxış edən Lavrov Səudiyyə Ərəbistanı, İsrail və İran arasında məsələyə üst-üstə düşən yanaşmalara diqqət çəkib və deyib:
"İsrail və İran arasında atəşkəs razılaşmasını alqışladıq. Ümid edirik ki, bu atəşkəs uzunmüddətli olacaq və danışıqların başlanmasına səbəb olacaq. Biz hesab edirik ki, yaranan fikir ayrılıqları yalnız siyasi və diplomatik yollarla, Birləşmiş Millətlər Təşkilatının (BMT) Nizamnaməsinə uyğun olaraq və tərəflərin mövqelərinə təsir edə biləcək ölkələrin fəal dəstəyi ilə həll edilməlidir".
Aytən Yaşar/ Turkustan.az