50-yə yaxın iri neft tankeri Hörmüz boğazını tərk etməyə çalışır.
Turkustan.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.
Bildirilir ki, bu, ABŞ-ın zərbələrindən sonra İranın boğazı bağlaya biləcəyi ilə bağlı narahatlıqlarla bağlıdır.
Son məlumatlara görə, İran ABŞ-ın nüvə obyektlərinə hücumu ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib. /Musavat.com/