İranda inqilabdan əvvəl keçmiş İran şahının oğlu, ABŞ-da sürgündə olan Rza Pəhləvi sosial şəbəkədə paylaşdığı paylaşımda İran xalqını rejimə qarşı ayağa çağırıb.
Turkustan.az xəbər verir ki, Pəhləvi: "İslam Respublikasının sonu gəldi və dağılır. Başlananlar geri dönməzdir. Gələcək parlaqdır və biz birlikdə tarixdə yeni səhifə açacağıq. İndi ayağa qalxmaq, İranı birlikdə geri almaq vaxtıdır. Mən tezliklə sizinlə ola bilərəm" dedi.
İran xalqının inqilabdan sonra panikaya düşməməsi lazım olduğunu iddia edən Pəhləvi: "İslam Respublikasının süqutundan sonrakı gün üçün narahat olmayın. İran qeyri-sabitlik və ya vətəndaş müharibəsi dövrünə girməyəcək. Rejimin süqutundan sonrakı 100 gün üçün keçid dövrü planımız var" dedi.
Aytən Yaşar/ Turkustan.az