"İran tərəfindən İsrailin hücumuna ən güclü cavab yəhudi dövləti ərazisindəki hədəflərə kiçik miqyaslı nüvə zərbəsi ola bilər".
Turkustan.Az xəbər verir ki, bunu "RİA Novosti"yə Təhlükəsizlik və Müdafiə Strategiyasının Tədqiqat və Tətbiq Mərkəzinin direktoru, İstanbulun İstinye Universitetinin professoru Fahri Erenel deyib.
Onun sözlərinə görə, İranın ixtiyarında kiçik nüvə başlığının olması istisna edilmir:
"İran bundan İsraildəki nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə edə bilər, çünki bu yaxınlarda müvafiq tikililərin yerləşdiyi yerlər barədə məlumat əldə ediblər.
Belə olan halda İsrail də nüvə silahından istifadə edə bilər, bu variant ən təhlükəli ssenari olardı". /oxu.az/