İsrail Müdafiə Qüvvələri (IDF) İrana məxsus pilotsuz təyyarələrin ölkə ərazisinə doğru hücumunun qarşısını uğurla alıb.
Turkustan.az xəbər verir ki, bu barədə İsrailin “Ynet” xəbər portalı məlumat yayıb.
“İran yüzlərlə pilotsuz təyyarə ilə İsrailə hücum edib. Onların hamısı vurulub”, - məlumatda deyilir.
Yəhudi dövlətinin ordusu cümə günü, iyunun 13-də İrana qabaqlayıcı zərbə endirib.
İslam Respublikasının Ali Rəhbəri Əli Xamenei İsrailin əməllərinə görə cəzalandırılacağını bildirib./publika.az