İsrailin İrana hücumlarından sonra xalqa müraciət edən İsrailin baş naziri Benyamin Netanyahu israillilərin sığınacaqlarda vərdiş etdiklərindən daha uzun müddət qalmalı ola biləcəyini deyib.
Turkustan.az xəbər verir ki, Netanyahu X sosial media platformasında verdiyi açıqlamada İrana qarşı “uğurlu açılış hücumu” həyata keçirdiklərini iddia edib.
İranın yüksək səviyyəli komandirlərini, nüvə obyektlərini və elm adamlarını vurduqlarını qeyd edən Netanyahu: “Mən bilirəm və siz də bilirsiniz, azad müharibə yoxdur” deyib.
İsrail müxtəlif şəhərlərdə İran hədəflərinə hücumlar təşkil edib və nüvə obyektləri və hərbi məntəqələri hədəf aldığı iddia edilən bu hücumlarda bəzi yüksək rütbəli iranlı komandir və elm adamlarının həyatını itirdiyi bildirilib.
Aytən Yaşar/ Turkustan.az