Amerika lideri Donald Tramp Ukrayna nizamlanması üzrə danışıqlardan geri çəkilmək niyyətində deyil.
Turkustan.az xəbər verir ki, bu fikri Finlandiya prezidenti Aleksandr Stubb NHK telekanalına müsahibəsində bildirib .
"Mən prezident Trampla tez-tez danışıram. İndiyə qədər onun danışıqlar prosesindən geri çəkiləcəyinə dair heç bir əlamət görməmişəm. Əksinə, o, sülh sazişinə nail olmaq istəyən sülh adamıdır", - o deyib.
Bundan əvvəl Tramp etiraf etmişdi ki, Vaşinqton münaqişənin həlli üzrə razılığa gəlməyi mümkünsüz hesab edərsə, Ukrayna üzrə danışıqlar prosesindən geri çəkilə bilər.
Aytən Yaşar/ Turkustan.az