“Mən türkün ayaqlarını yalayıram?” - Paşinyan onları görüşə çağırdı - FOTO


Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə erməni istifadəçilərlə mübahisə edib.

Turkustan.az
xəbər verir ki, Artur Soqoyan adlı erməni Paşinyanı “Qarabağı satmaqda”, “Azərbaycana işləməkdə” ittiham edib.

Paşinyan da şərh bölməsində ona cavab verib.

“Mən türkün ayaqlarını yalayıram? Qarabağı mən satmışam? Bu və digər suallarınıza cavab vermək üçün sizi və belə düşünən hər kəsi “Təhsil dəbdədir” hərəkatının toplantılarına dəvət edirəm. Əminəm ki, sizi maraqlandıran suallara cavab tapacaqsınız”, - o bildirib.

Asif

publika.az


MANŞET XƏBƏRLƏRİ