Saks: Avropa İttifaqı parçalana bilər


Avropa İttifaqının dağılması ssenarisi mümkündür, bu struktur kifayət qədər kövrək olaraq qalır.

Turkustan.az xəbər verir ki, bunu TASS-a müsahibəsində amerikalı iqtisadçı, Kolumbiya Universitetinin (Nyu-York) Davamlı İnkişaf Mərkəzinin direktoru, professor Cefri Saks deyib.

Bu gün Avropa Birliyinin dağılması ehtimalı varmı sualına amerikalı iqtisadçı müsbət cavab verib.

"Bəli, belə bir ssenari mümkündür, çünki Aİ kifayət qədər kövrək struktur olaraq qalır", - o qeyd edib. "Mən hesab edirəm ki, Avropanın modernləşməyə və güclənməyə ehtiyacı var - güclü Avropa həm Avropanın özünə, həm də bütövlükdə dünyaya xeyir verəcək. Amma bunun əvəzinə Aİ sadəcə dağılacaq".

Saks etiraf edib ki, Aİ hətta Macarıstanı istisna edə və ya onu səsvermə hüququndan məhrum edə bilər, çünki Budapeşt həqiqəti deyir: “Ukraynada müharibə dayandırılmalı və Aİ müharibəyə qızışdırmağı dayandırmalıdır. Avropada qərarların qəbulu prinsipi indi yekdilliyə əsaslandığından, Macarıstanın veto hüququndan məhrum edilməsi və ya onun qərarların qəbulu prosesindən tamamilə kənarlaşdırılması mümkünlüyü müzakirə olunur – bu və ya digər”, – analitik davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ