Yaxın Şərq turu çərçivəsində Qətərə səfər edən ABŞ Prezidenti Donald Tramp Qatar Airways-in Amerika təyyarə istehsal edən şirkət Boeing ilə 160 təyyarə üçün 200 milyard dollarlıq müqavilə imzaladığını açıqlayıb.
Turkustan.az xəbər verir ki, Qətər Əmiri Şeyx Təmim bin Həməd Əl Sani ilə Tramp arasında Dohada keçirilən ikitərəfli görüşdən sonra tərəflər arasında müdafiə və aviasiya kimi bir çox sahədə ikitərəfli əməkdaşlıq müqavilələri imzalanıb.
Qətər Əmiri Əl Tani imzalanma mərasimindən sonra çıxışında deyib: "Prezident Trampla təxminən iki saat ərzində xoş görüş keçirdik. Görüş zamanı ikitərəfli əlaqələrlə yanaşı, regiondakı vəziyyətlə bağlı bir çox məsələləri müzakirə etdik. Bu müqavilələri imzaladıqdan sonra ABŞ və Qətər arasındakı əlaqələri yeni səviyyəyə qaldırdıq. Bu tarixi səfərə görə prezident Trampa bir daha təşəkkür etmək istəyirəm".
Aytən Yaşar/ Turkustan.az