Pakistanın yanında olmağa davam edəcəyik - Ərdoğan


Türkiyə-Pakistan qardaşlığı əsl dostluğun ən gözəl nümunələrindən biridir.

Turkustan.az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında yazıb.

Türkiyə lideri bildirib: “Pakistanın sülh, əmin-amanlıq və sabitliyinə böyük əhəmiyyət veririk. Pakistan hökumətinin mübahisələrin həllində dialoqa və güzəştə üstünlük verən ağıllı, səbirli siyasətini yüksək qiymətləndiririk. Həmişə olduğu kimi yaxşı və pis gündə yanınızda olmağa davam edəcəyik”.


MANŞET XƏBƏRLƏRİ