Fransa: Avropa Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır


Avropa ölkələri Ukraynada atəşi dayandırmaqdan imtina edərsə və bu məsələdə ABŞ-dan dəstək alacağına ümid edərsə, daha bir anti-Rusiya sanksiyalar paketi tətbiq etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, bunu “Frans Press” agentliyinə müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro deyib.

“Biz, avropalılar Rusiyaya qarşı 17-ci sanksiyalar paketi ilə Amerikanın bu təşəbbüsünü dəstəkləyəcəyik və dünən mən ABŞ senatoru Lindsey Graham qarşısında öhdəlik götürdüm ki, biz bu iki sanksiya paketinin həm mahiyyətini, həm də vaxtını koordinasiya etməyə çalışacağıq”-deyə, Barro bildirib.

Agentliyin xatırladığı kimi, daha əvvəl respublikaçı senator Lindsey Graham anti-Rusiya sanksiyalarının sərtləşdirilməsini təklif etmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ