Tehran İranın neft sektorunu hədəf alaraq yeni sanksiyalar tətbiq edən və hərbi hücumla hədələyən ABŞ-ı iki ölkə arasında aparılan danışıqlar fonunda “ziddiyyətli hərəkətlər və təxribat xarakterli bəyanatlar verməkdə” ittiham edib.
Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi məsələ ilə bağlı verdiyi açıqlamada, ABŞ-ın İran və bəzi ölkələrdəki fərd və qurumlara Tehranla müxtəlif iqtisadi və ticari sahələrdə əməkdaşlıq etdikləri səbəbiylə tətbiq etdiyi yeni sanksiyaları pislədiklərini bildirib.
Bekayi sanksiyaların ABŞ-ın “iqtisadi terrorizm vasitəsilə inkişaf etməkdə olan ölkələr arasında dostluq və hüquqi münasibətləri pozmaq səylərinin” bir hissəsi olduğunu deyib və Vaşinqtonun birtərəfli sanksiyalarını “beynəlxalq hüququn əsas prinsip və qaydalarının pozulması” kimi qiymətləndirib.
Aytən Yaşar/ Turkustan.az