ABŞ Prezidenti Donald Tramp İrandan neft və neft-kimya məhsullarının bütün alışlarına son qoymağa çağırıb, qanunu pozanları ikinci dərəcəli sanksiyalarla hədələyib.
Turkustan.az xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə sosial şəbəkədə yazıb.
"İran neftinin və ya neft-kimya məhsullarının bütün alışları dərhal dayandırılmalıdır! İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alan istənilən ölkə və ya şəxs dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq", - prezident özünün "Truth Social" səhifəsində yazıb. /axar.az/