ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals vəzifəsindən gedir


ABŞ mətbuatında yayılan və Ağ Evdəki adı açıqlanmayan mənbələrə əsaslanan xəbərlərə görə, Vals vəzifəsini tərk edir.

Turkustan.az xəbər verir ki, ilk olaraq CBS News-un verdiyi xəbərə görə, milli təhlükəsizlik müşaviri Vals və onun müavini Aleks Vonq vəzifələrindən gedirlər.

Ağ Ev hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Vals “səhvən” amerikalı jurnalist Ceffri Qoldberqi Yəmən müharibəsi planlarının paylaşıldığı “Siqnal” qrupuna əlavə edib və hadisənin üzə çıxmasından sonra tənqid hədəfinə çevrilib.

ABŞ prezidenti Donald Tramp Valtzın "səhv etdiyini", "insidentin böyük bir şeyə çevrilməməli olduğunu" və "məsləhətçisindən məmnun olduğunu" söyləmişdi.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ