Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.
Turkustan.az xəbər verir ki, "Financial Times"-a danışan Kallas deyib ki, əgər ABŞ prezidenti Donald Tramp sülh danışıqlarını tərk edib Rusiya ilə yaxınlaşmağa çalışarsa, Avropa İttifaqı iqtisadi sanksiyaları saxlamaq üçün “B Planı” hazırlayacaq.
Bu arada ABŞ-dan sülh danışıqlarından imtina edə biləcəkləri barədə bəyanatlar var.
NBC News-un "Meet the Press" proqramında qonaq olan ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın xarici siyasəti ilə bağlı danışıb.
Rubio hərbi həlli olmayan müharibəni bitirməyə çalışdıqlarını və bu mövzuda irəliləyiş əldə etdiklərini bildirib.
Aytən Yaşar/ Turkustan.az