Ukrayna nizamlanması üzrə ABŞ-Rusiya danışıqlar prosesi irəliləyir, Vaşinqton razılığın hələ də mümkün olduğuna inanır.
Turkustan.az xəbər verir ki, bunu “Fox News” telekanalında ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals deyib.
ABŞ administrasiyasının Moskva ilə danışıqlar aparmaq imkanını yenidən nəzərdən keçirib-görməməsi ilə bağlı suala Valtz cavab verib: "Proses irəliləyir. O, bəzən yuxarı-aşağı olacaq". Onun sözlərinə görə, “Rusiya danışıqlar masasına oturmalıdır”. "Hər iki tərəf sülh axtarmalıdır. Hər iki tərəf döyüşləri dayandırmağa çalışmalıdır. Və biz razılığın hələ də mümkün olduğuna inanırıq"-deyə, Vals bildirib.
Aytən Yaşar/ Turkustan.az