Qazaxıstanda yaşayan azərbaycanlıların sayı AÇIQLANDI


Qazaxıstan əhalisinin ümumi sayı 20 316 155 nəfərə çatıb.

Qazaxıstanın Milli Statistika Bürosunun məlumatına görə, ölkədə ən çoxsaylı millətlərin nümayəndələri bunlardır; qazaxlar (14 milyon 456 min 709 nəfər), ruslar (2 milyon 963 min 938 nəfər), özbəklər, ukraynalılar, uyğurlar, almanlar və tatarlar.
Məlumat mayın 1-də qeyd edilən Xalqların Birliyi Günündə açıqlanıb.

Rəsmi məlumatlara görə, Qazaxıstanda hazırda 155 364 azərbaycanlı yaşayır ki, bu da onları respublikada sayca səkkizinci böyük millət edir./Bizim.Media


MANŞET XƏBƏRLƏRİ