Yəməndə İranın dəstəklədiyi husilər ABŞ ordusuna məxsus pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.
Turkustan.az xəbər verir ki, husilərin Hərbi Sözçüsü Yəhya Seri sosial media hesabında paylaşdığı videoda ABŞ-ın Yəmənə hücumları ilə bağlı açıqlama verib.
ABŞ-ın dünən həyata keçirdiyi hücumlarla bağlı isə Seri çoxlu sayda ölən və yaralananın olduğunu, hücumlarda mülki yaşayış məntəqələrinin zərər gördüyünü bildirib.
Seri ABŞ-ın MQ-9 tipli pilotsuz uçuş aparatını (PUA) vurduqlarını və bunun son 10 gündə vurulan üçüncü MQ-9 olduğunu vurğulayıb.
Husi ordusunun sözçüsü Seri hücumların əvvəlindən vurduqları MQ-9 PUA-ların sayının 18-ə yüksəldiyini söyləyib.
Husilər dünən ABŞ-ın Yəmənin qərbindəki Hudeydə şəhərində Emin Mükbil qəsəbəsini hədəf alan hücumlarında 6 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını açıqlayıb.
Aytən Yaşar/ Turkustan.az