"Qarabağ" 11-ci dəfə Azərbaycan çempionu oldu


Bu gün Azərbaycan Premyer Liqasında mövsümün sonuncu oyununa start verilib.

Turkustan.az xəbər verir ki, XXXVI turun son oyununda “Araz-Naxçıvan” “Qarabağ” komandası ilə qarşılaşıb.

Oyun 2:2 hesabı ilə başa çatıb.

Bununla da “köhlən atlar” Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün çempionu olub.

Ağdam təmsilçisi tarixində 11-ci dəfə Azərbaycan çempionu olub və yeni rekorda imza atıb.

Qurban Qurbanov isə Ağdam təmsilçisinin sükanı arxasında 10-cu çempionluq sevincini yaşayıb.

Qeyd edək ki, “Zirə” cari mövsümü 2-ci, “Sabah” 3-cü, “Sumqayıt” komandası isə 4-cü yerdə başa vurub.

Bu isə o deməkdir ki, 2024/2025 mövsümündə “Qarabağ” Azərbaycanı UEFA Çempionlar Liqasında, “Zirə” UEFA Avropa Liqasında, “Sabah” və “Sumqayıt” UEFA Konfrans Liqasında təmsil edəcəklər.


MANŞET XƏBƏRLƏRİ