UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda qarşılaşacaq "Benfika" (Portuqaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.
Turkustan.az xəbər verir ki, "Eştadiu da Luş" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:
"Benfika": 1. Trubin, 4. Antonio Silva, 5. Barreneçea, 8. Aursnes, 10. Sudakov, 14. Pavlidis, 17. Dediç, 20. Rios, 21. Şelderup, 26. Dahl, 30. Otamendi (k).
"Qarabağ": 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 2. Mateus Silva, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 20. Kadi Borqes, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.
***
"Benfika" - "Qarabağ" oyunu start götürdü.
***
Barreneçea görüşün 6-cı dəqiqəsində "Benfika"nı hesabda önə çıxardı: 1-0.
***
Matçın 16-cı dəqiqəsində Pavlidis fərqi artırdı: 2-0.
***
Andrade 30-cu dəqiqədə fərqi azaltdı: 2-1.
***
"Qarabağ" Kamlo Duranın 49-cu dəqiqədə vurduğu qolla hesabda tarazlıq yaratdı: 2-2.
***
Kaşuk 86-cı dəqiqədə "Qarabağ"ı hesabda önə çıxardı: 2-3.
***
"Qarabağ" "Benfika"nı 3-2 səfərdə məğlub etdi. //axar.az/