"Traktor"un oyununda bütöv Azərbaycan xaritəsi - Molla rejimi dəli oldu - VİDEO


Ötən gün İran çempionatında 20-ci turun oyunları keçirilib.

Turkustan.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb. Təbriz klubu evdə “Havadar”la qarşılaşıb və 4:2 hesablı qələbə qazanb.

Təbrizin Səhənd stadionundan baş tutan matçın yayımı zamanı maraqlı hadisə yaşanıb. "Al qurdlar" qol vuran zaman azarkeş qrupunun yer aldığı tribunada vahid Azərbaycanın xəritəsini əks etdirən banner açılıb. Bu, fanatların qol sevinci zamanı efirdə dəfələrlə əks olunub.

Bannerdə Azərbaycan Respublikasının və Güney Azərbaycanın xəritəsi eyni rəngdə ayrılmış formada göstərilib. Buna görə İran televiziyasının rəsmilərinin cəzalandırıldığı bildirilir.

Qeyd edək ki, qarşılaşma 2 kanal "Səhənd TV" və "İrib Varzish" tərəfindən canlı yayımlanıb.

(publika.az)


MANŞET XƏBƏRLƏRİ