İran rejimi milli fəalları kütləvi şəkildə həbs edir


"Güney Azərbaycanda milli fəalların İran rejimi tərəfindən geniş şəkildə həbsi"

Güney Azərbaycan vətəndaşları və milli fəallarının dəfələrlə göndərdiyi xəbərlərə görə, İran təhlükəsizlik qüvvələri Güney Azərbaycanın milli fəallarının yaşayış və iş yerlərinə hücum edərək, onlardan bir neçəsini qaçıraraq naməlum bir yerə aparıblar.

On illərdir Güney Azərbaycan xalqına qarşı hər cür etnik və milli ayrı-seçkiliyə yol verən İran İslami diktaturası Azərbaycan xalqının qiyamından qorxaraq Güney Azərbaycanın milli fəallarını qaçıraraq onlara işgəncə verir.

Həbs edilən 8 fəalın adları belədir:

Peyman İbrahimi Dinvər

Murtuza Nurməhəmmədi Nadarlı

Əli Babayi

Davud Şiri

Məhəmməd Rza Movəhed

Araz İbrahimnejad

Cavad Sudbər

Əmir Hüseyn Ağayi

Mehrdad Qadiri

Faiq Ələkbərli
"Bütöv Azərbaycan Ocaqları"nın başqan müavini


MANŞET XƏBƏRLƏRİ