Тrаmp üçün Ağ Evdə altımərtəbəli bunker tikilir


ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Erl Rasmussen Ağ Evdə tikilən yeni bal zalının altında altımərtəbəli yeraltı bunker yaradıldığını bildirib.

Turkustan.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

“Çox güman ki, o, nüvə silahının təsirindən qorunacaq”, – deyə istefada olan hərbçi bildirib.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ağ Evin gələcək bal zalının altında altımərtəbəli məxfi bunker tikildiyini açıqlayıb. O bildirib ki, bunkerin artıq üç mərtəbəsi hazırdır. Kompleksdə hərbi hospital, xüsusi otaqlar və müşavirə zalları yerləşəcək. ABŞ lideri tikinti işlərinin sədaları altında jurnalistlərə layihəni nümayiş etdirib.


MANŞET XƏBƏRLƏRİ