Əhalinin sayı kəskin AZALIR: Səbəb NƏDİR?


“Əgər ölkədə “ağıl axını” varsa, yəni savadlı insanlar ölkəni tərk edirsə, deməli, burada savadlıların qalması üçün şərait yoxdur. Savadı olmayanlar isə məcbur qalıb burada qəpik-quruşa işləyirlər. Bu, ölkədən ağıllı və peşəkar kadrların kütləvi şəkildə getməsi deməkdir və bu, çox ciddi problemdir”.

Turkustan.az xəbər verir ki, bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.

O, bildirib ki, hazırda bəzi iri şirkətlər və müəssisələr ucuz işçi qüvvəsi üçün xaricdən işçi gətirirlər:

“Məsələn, Bakıətrafı qəsəbələrə gedəndə görürsən ki, gündüz çox görünməsələr də, axşam saatlarında müxtəlif ölkələrdən gəlmiş işçilər gözə çarpır — hindlilər, çinlilər, digər asiyalılar və s. Əvvəllər xaricdən bir-iki belə insan görəndə bu qeyri-adi qəbul olunurdusa, indi onların sayı əhəmiyyətli dərəcədə artıb”.

O, bildirib ki, bu tendensiya davam edərsə, zamanla etnik strukturda dəyişiklik riski yarana bilər:

“Bu artıq təkcə iqtisadi yox, həm də sosial və demoqrafik məsələdir. Dünya üzrə qəbul olunmuş reallıq budur ki, ölkədə idarəetmə, daxili siyasət və iqtisadiyyat düzgün qurulmadıqda belə proseslər qaçılmaz olur”.


MANŞET XƏBƏRLƏRİ