İtaliyanın baş naziri Giorgia Meloni Fələstin dövlətinin faktiki Fələstin dövləti olmadan tanınmasının nəzərdə tutulan məqsədə "əks-məhsuldar ola biləcəyinə" inandığını söylədi.
Turkustan.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makronun iyulun 24-də ölkəsinin Fələstin Dövlətini tanıyacağını açıqlamasının ardınca baş nazir Meloni bu məsələ ilə bağlı müzakirələrin davam etdiyi İtaliyada açıqlama verib.
Ölkənin ən məşhur qəzetlərindən biri olan “La Repubblica”ya danışan Meloni İtaliyanın Fələstin Dövlətini tanıması ilə bağlı “Məncə, Fələstin Dövləti olmadığı halda Fələstin Dövlətini tanımaq məqsəd baxımından əks nəticə verə bilər” dedi.
Baş nazir Meloni bu məsələni həmsöhbətləri qarşısında qaldırdığını bildirərək, "Bunu dəfələrlə, o cümlədən Parlamentdə demişəm. Eyni sözləri Fələstin rəhbərliyinə və Makrona da demişəm. Əgər mövcud olmayan bir şey yalnız kağız üzərində tanınırsa, problem həll olunmuş kimi görünə bilər, amma reallıqda belə deyil".
Meloni: “Fələstin dövləti ideyasının çox tərəfdarı olan biri kimi, bu dövlətin qurulması prosesi başlamadan onun tanınmasının tərəfdarı deyiləm” şərhini verib.
Aytən Yaşar/ Turkustan.az