Orban: Üçüncü dünya müharibəsi ehtimalı artır


Macarıstanın baş naziri Viktor Orban beynəlxalq məsələlərlə bağlı açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Orban 3-cü Dünya Müharibəsi təhlükəsinə diqqət çəkərkən, "Üçüncü Dünya Müharibəsi ehtimalı artır" dedi.

Macarıstanın baş naziri beynəlxalq ictimaiyyətin bu təhlükənin qarşısını almaq üçün hərəkətə keçməli olduğunu vurğulayaraq: “Hər kəs müharibənin soyuq küləyini hiss edir” deyib.

Orban ABŞ-da keçirilən prezident seçkilərində Donald Trampın qələbəsi ilə hələlik müharibənin qarşısının alındığını, ölkəsinin də müharibədən kənarda qalması lazım olduğunu bildirib.

Macarıstanın baş naziri onu da bildirib ki, III Dünya Müharibəsi ilə bağlı bir çox ölkədə aparılan sorğularda insanlar müharibə ehtimalını yüksək görürlər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ