Suriya dövlət televiziyasına danışan diplomatik mənbə Əl-İxbariyyə, Suriya və İsrail arasında ABŞ vasitəçiliyi ilə Fransanın paytaxtı Parisdə keçirilən diplomatik danışıqlarla bağlı danışıqların yekun razılaşma ilə nəticələnmədiyini bildirib.
Turkustan.az xəbər verir ki, Parisdəki diplomatik təmaslar barədə məlumat verən mənbə Suriya nümayəndə heyətinə Xarici İşlər Nazirliyi və Baş Kəşfiyyat Təşkilatının nümayəndələrinin daxil olduğunu bildirib.
Mənbə vurğulayıb ki, danışıqların əsas məqsədi ötən dekabrın əvvəlindən artmaqda olan hərbi-siyasi gərginliyi azaltmaq və uzun müddətdir bağlanmış rabitə kanallarını yenidən açmaqdır. O əlavə edib ki, görüşdə yekun razılıq əldə olunmayıb, lakin gərginliyin azaldılmasına yönəlmiş ilkin məsləhətləşmələr açıq və birbaşa aparılacaq.
Mənbə Suriya tərəfinin İsrail qüvvələrinin bir müddət əvvəl irəlilədikləri məntəqələrdən dərhal geri çəkilməsini açıq şəkildə tələb etdiyini vurğulayaraq, Suriya ərazisində qeyri-qanuni xarici qüvvələrin mövcudluğunun qəti şəkildə rədd edildiyini bildirib.
Dekabrın 8-dən sonra baş verən hadisələrə xüsusi diqqət çəkən mənbə, bölgədə artan hərbi fəallığa görə İsraili məsul hesab edərək: “Bu cür aqressiv addımlar təkcə Suriyanın deyil, bütün bölgənin təhlükəsizliyini təhdid edir”.
Aytən Yaşar/ Turkustan.az