"Azərbaycan bayrağı" ordeni Şəhid Zaur Cəfərovun ailəsinə təqdim olundu – FOTOLAR


Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının polkovnik-leytenantı, Aprel döyüşlərinin, Tovuz döyüşlərinin, Vətən müharibəsi qəhrəman iştirakçısı şəhid Zaur Cəfərovun təltif olunduğu daha bir orden – "Azərbaycan bayrağı" ordeni ailəsinə təqdim edilib. Təqdim mərasimində Milli Məclisin deputatı Aqil Məmmədov, Kəlbəcər RİH Başçısının Birinci müavini Eldəniz Mehtiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xidmətin Kəlbəcər şöbəsinin nümayəndəsi, Şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Qeyd edək ki, Vətən müharibəsinin Şəhidi Zaur Hüseyn oğlu Cəfərov 4 mart 1980-ci ildə Kəlbəcər rayonunun Başlıbel kəndində anadan olub.

Mərasimdə çıxış edən millət vəkili A.Məmmədov bildirib ki, Zaur Cəfərov hələ yeiyetməlik yaşından hər sənətini seçməklə işğal altında olan Vətən torpaqları uğrunda mübarizəni özü üçün məqsəd seçib: "Zaur bütün hərbi təhsili dövründə və hərbi xidmət dövründə əsl zabit kimi Vətənə, dövlətə xidmət edib. Buna görə hələ Vətən müharibəsindən çox əvvəl o, ən mötəbər dövlət mükafatlarına layiq görülüb. Vətən müharibəsindəki misilsiz qəhrəmanlıqlarına görə Zaur Cəfərov 4 fəxri ordan və medallarla təltif olunub. Bu gün Zaur Cəfərovun keçdiyi şanlı döyük yolu Azərbaycan gəncləri üçün bir örnəkdir".

A.Məmmədov xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Suqovuşanın azad olunmasına görə" medalı ilə, 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Cəfərov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə, 05.11.2021-ci il tarixli Sərəncamına əsasən "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Millət vəkili şəhid ailələrinin sosial problemlərinin, qayğılarının daim ölkə prezidentinin diqətində olduğunu qeyd edərək bildirib ki, bu diqqətdən heç bir ailə kənarda qalmayacaq.

Mərasimdə Şəhid Zaur Cəfərovun "Azərbaycan bayrağı" ordeni oğlu Həsənə təqdim edilib.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.

Açıklama yok.


MANŞET XƏBƏRLƏRİ