Prezident İlham Əliyevin Vaşinqtondakı diplomatik zəfəri münasibətilə GAMAC-ın təbrik bəyanatı


Bu səfər və imzalanan sənədlər, Azərbaycan Respublikasının beynəlxalq siyasətdə nüfuzunun və gücünün daha da artmasının parlaq göstəricisidir. Prezident İlham Əliyevin strateji diplomatiyası, dərin siyasi baxışı və qətiyyəti sayəsində ölkəmiz dünya səviyyəsində hörmət və etimad qazandı. Vaşinqtondakı bu tarixi görüş Azərbaycan dövlətinin sülh, sabitlik və əməkdaşlıq prinsiplərinə sadiqliyini nümayiş etdirdi.

Bu diplomatik uğur, Güclü Azərbaycan quruculuğu yolunda, ikinci Qarabağ savaşında əldə edilən tarixi qələbədən sonra reallaşan ən mühüm hadisələrdən biridir. Əminik ki, bu zəfərlər milli birliyimizin möhkəmlənməsinə, regionda dayanıqlı inkişafın təmin olunmasına möhkəm əsas yaradacaq, eyni zamanda Güclü Azərbaycanın bütün proseslərdə təsir imkanlarını artıraraq daha uğurlu gələcəyi hədəfləməsinə xidmət edəcəkdir.

Biz, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi olaraq, Azərbaycan Respublikasının beynəlxalq mövqelərinin möhkəmləndirilməsi və milli hədəflərimizin həyata keçirilməsi istiqamətində Prezident İlham Əliyevin göstərdiyi qətiyyətli səyləri yüksək qiymətləndiririk. Əminik ki, bu tarixi diplomatik nailiyyət ölkəmizin və millətimizin gələcək inkişafına, beynəlxalq arenada nüfuzunun daha da artmasına və milli maraqlarımızın təmininə mühüm töhfə verəcəkdir.

Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi

9.8.2025


MANŞET XƏBƏRLƏRİ