Çin müharibəyə daxil olur: ABŞ mediası açıqladı


ABŞ mediası Çinin Avropada müharibəyə girəcəyini və Rusiyaya texnoloji dəstək verəcəyini bildirib. Rusiya isə Pekinlə “məhdudiyyətsiz münasibət”ini dünyaya elan edib.

Turkustan.az xəbər verir ki, Rusiyanın 24 fevral 2022-ci il tarixində başlayan Ukrayna işğalında Kiyev rəhbərliyi indiyə qədər gözlədiyi uğurları əldə edə bilməyib. ABŞ cəbhə xəttində günü-gündən çətin günlər keçirən Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketi göndərib . Bu yardımdan əlavə ABŞ gizli şəkildə bölgəyə uzaqmənzilli raketlər də göndərib və bir neçə ay ərzində Ukrayna qanadında F-16 döyüş təyyarələri də olacaq . Ukrayna Baş Qərargahının rəisi, briqada generalı Oleksandr Syrskyi, Ukraynanın sayca çox olan qoşunlarının yeni mövqelərə çəkildiyini bəyan edərək, onların mövqelərinin Rusiyanın müxtəlif nöqtələrdə mühüm qüvvələrini cəmləşdirdiyi şərq cəbhəsində pisləşdiyini bildirib.

General Syrskyi ötən həftə Telegram hesabında yazdığı paylaşımda "Cəbhədəki vəziyyət pisləşib" deyərək, Ukrayna qoşunlarının bəzi bölgələrdə daha qərbə doğru yeni müdafiə xətlərinə çəkildiyini və irəliləyən ruslara qarşı mövqelərini itirdiyini bildirib. ABŞ qanadı isə Ukraynanın ölkədə döyüşmək üçün gənclər tapacağını və iyul ayına qədər Rusiyanın yeni göndərdiyi silahlarla irəliləyişini dayandıracağını bildirib.

Rusiya prezidenti Vladimir Putin iki müttəfiq arasında birliyin son əlaməti olaraq bu həftə Çinə iki günlük rəsmi səfər edəcək . Rusiya prezidenti Vladimir Putin bu həftə Çinə dövlət səfəri edəcək. Çərşənbə axşamı günü Çin Xarici İşlər Nazirliyi bildirib ki, Putin və Çin Prezidenti Si Cinpin iki günlük səfərləri zamanı ikitərəfli münasibətləri, həmçinin ümumi maraq doğuran beynəlxalq və regional məsələləri müzakirə edəcəklər. Kreml səfəri təsdiqləyib və Putinin Xi-nin dəvəti ilə getdiyini bildirib. Bu, Putinin Rusiya prezidenti kimi beşinci müddətinə başladıqdan sonra ilk xaricə səfəri olacaq.

Pekin Ukraynadakı münaqişədə Moskvanı siyasi cəhətdən dəstəklədi və Rusiyanın müharibə səylərinə töhfə verən dəzgahlar, elektronika və digər məhsulları ixrac etməyə davam etdi. Çin həm də Kremlin xəzinəsini dolu saxlayan mühüm enerji ixracat bazarıdır. Pekin özünü münaqişədə bitərəf tərəf kimi göstərməyə çalışsa da, Rusiya ilə Qərbə qarşı “məhdudiyyətsiz” münasibət elan edib.

Tərəflər həmçinin bir sıra birgə hərbi təlimlər keçirib, Çin isə Ukraynaya qarşı iki illik işğal kampaniyasına cavab olaraq Rusiyaya qarşı iqtisadi sanksiyaların tətbiqinə davamlı olaraq qarşı çıxıb.

New York Times qəzetində dərc olunan xəbərdə ABŞ qanadının bu görüşdən narahat olduğu və bunun müharibənin gedişinə əhəmiyyətli dərəcədə təsir edəcəyini düşündüyü yazılıb. Baydenin tez-tez 'Putin bu müharibəni uduzdu' dediyini, ancaq cəbhə xəttində belə olmadığını xatırladan qəzet , "Rusiya tez-tez müharibələrə pis başlayır, amma onları güclü şəkildə bitirir" deyib. Bu irəliləyişin ən mühüm səbəbi təbii ki, Vaşinqtonun gecikdirdiyi yardımdır. “The New York Times” da Çin-Rusiya təmasında iki ölkə arasında texnoloji yardımın veriləcəyini və Rusiyanın hərbi cəhətdən cəbhə xəttində daha asan irəliləyəcəyini bildirib.

Eltac Zülfüqaroğlu/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ