Tacikistanın paytaxtı Düşənbədə keçirilən danışıqlardan sonra Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev MDB ölkələri rəhbərlərinin qeyri-rəsmi görüşü zamanı səmimi şəkildə qucaqlaşıblar.
Turkustan.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Tacikistan prezidentinin iqamətgahında qeyri-rəsmi mühitdə bir araya gəliblər.
Prezident İlham Əliyev toplantıya ən sonda qoşulub və Vladimir Putinlə əl sıxaraq qucaqlaşıb, daha sonra digər MDB ölkələrinin liderlərini salamlayıb.
Xatırladaq ki, oktyabrın 9-da Düşənbədə həmçinin Azərbaycan və Rusiya prezidentləri arasında ikitərəfli görüş də baş tutub./teleqraf