Bayden: "Putin nüvə silahından istifadə edə bilər"


ABŞ prezidenti Bayden deyir ki, Putinin nüvə silahından istifadə ilə hədəsi realdır.

ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin taktiki nüvə silahından istifadə ilə hədələməsinin real olduğunu müdafiə edib.

Turkustan.az xəbər verir ki, bazar ertəsi Kaliforniya ştatında keçirilən ianə toplama tədbirindəki çıxışında Bayden aşağıdakı ifadələrdən istifadə edib:

Təxminən iki il əvvəl buraya gəlib Kolorado çayının qurumasından narahat olduğumu deyəndə hamı mənə dəli kimi baxdı. Putinin taktiki nüvə silahından istifadə edəcəyindən narahat olduğumu deyəndə də eyni baxışları alıram. Ancaq bu, əsl riskdir.

Putin keçən həftə Belarusa ilk taktiki nüvə silahının göndərilməsinin tamamlandığını açıqlamışdı.

Belarus prezidenti Aleksandr Lukaşenko və Putin martın 25-də nüvə silahının yerləşdirilməsi haqqında saziş imzalayıblar. İlk daşınma bu çərçivədə həyata keçirilib.

Bayden administrasiyası Kremli Belarusda zorla nüvə silahı yerləşdirməkdə ittiham edib. Rusiya isə bunu təkzib edərək, ABŞ-ın illərdir Avropaya nüvə silahı verdiyinə işarə edib.

Eltac/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ