Aynur Turan
Basdığın yerləri torpaq deyərək keçmə, tanı,
Düşün altındakı minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı,
Vermə, dünyaları alsan da bu cənnət vətəni!
(M. Akif)
Vətən bir millətin illər uzunu yaşadığı, adət-ənəsinin, varlığının, şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana qucağı kimi isti, daim arxanda, çiyinlərində hiss etdiyi ata əlləri kimi əmin və etibarlıdır. Vətən sadəcə coğrafı sərhədləri olan bir məkan deyildir. Vətən xüsusi sevgi və hörmətə layiq müqəddəs torpaqdır. Biz vətənin suyunu içir, çörəyini yeyir, havasını uduruq. Evimiz, kəndimiz bu torpaqlardadır. Vətən müqəddəsdir, ata-babalarımız bu torpaqlarda yaşamış, onu becərmiş, qorumuş, onun uğrunda vuruşmuşlar. Onlar bu torpaqlar uğrunda canlarından keçib, şəhidlik zirvəsinə yüksəlmişlər. Vətən və vətəndaşı sevmək böyük bir əxlaqi keyfiyyətdir. Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir... VƏTƏNDİR KƏLBƏCƏR!
Yurd itirən pay olmaz,
Dərddən-qəmdən ayılmaz!
Bir daşına tay olmaz,
Kürreyi-ərz, Kəlbəcər!
Kəlbəcər həm təbii sərvətlərlə zənginliyinə görə, həm iqlim gözəlliyinə, həm də orada yaşayan insanların fədakarlığına görə respublikamızda həmişə çox hörmətə, ehtirama layiq olubdur. Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır, hissəsidir.
H. Əliyev, Ümummillider
XIX əsrin ortalarında, ümumdünya gelogiya elminin atası adlandırılan məşhur alman səyyahı Abix Tərtər çayı boyunca səyahətə çıxmış və adı çəkilən dağ çayının başlanğıcı olan Bağırsaq dərəsinin yanında “Yüz bulaq” adı ilə tanınan yerə qədər gəlib çatmışdır. Çay boyunca əsrarəngiz, füsünkar təbiət gözəlliklərinə, uca dağlara, şiş qayalara, zümrüd rəngli ormanlara bütün varlığı ilə məftun olan səyyah öz vətəninə qayıdandan sonra Kəlbəcər diyarı haqqında aşağıdakı ibrətamiz tarixi sözləri demişdir: İsveçrənin gözəlliklərini o adam tərifləyə bilər ki, Tərtər çayı boyunca səyahətə çıxmayıb”.
Alman səyyahı Abixin yüksək qiymət verdiyi Kəlbəcər rayonu ərazisinin erməni separatçıları və milliyətçiləri tərəfindən işğal olundu. Bəli 1993-cü il 2 aprel...
Kəlbəcərin işğalı zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 53 mindən artıq insan öz dədə-baba torpaqlarından qovulub. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin hesablarına görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.
UNUTMAQ, unuda billmək isə xəyanətdir, zərbədir, tənəzzüldür, süqutdur. YADDAŞ tarixdir, yaddaş qisasdır, yaddaş ən ali dəyərdir, özünəqayıdışdır, tərəqqidir, təzahürdür...
Biz unutmadıq! 30 ilin həsrəti ilə Kəlbəcər dedik, ancaq unutmadıq. Unudulmalı olmayan torpaqlar – Zirvəsinə boylananda başdan papaq salan dağlar yağıya qala bilərmi?.. Əsla... Ən qədim insan məskənlərindən olan Kəlbəcər də ibtidai insanın təşəkkül tapması və formalaşması dördüncü geoloji dövrlə bağlıdır. Bu dövr isə 4 milyon ildən artıq bir tarix deməkdir. Kəlbəcərdəki mağara düşərgələrində aparılmış arxeloji tədqiqatlar sübut edir ki, ibtidai insan icmasının ilk əmək alətləri həm də bu yerlərdə yaradılıb.
Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkarlanıb. Buradakı daş abidələr Şimali Azərbaycanda Erkən ÇAĞ Türklüyün atəşpərəstliyin, xristiyanlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
“Türk qəbirstanlığı” adlanan bir neçə qədim məzarlıq, bunların ən böyüyü Tirkeşəvənd, Kəlbəcər, Zar, və s. kəndlərin ərazisidir. Kəlbəcərdəki qayaüstü təsvirlər sanki Qobustandakı yazılı da.ların oxşarı, əkizidir. Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirən Alban dövrünə aid xeyli adidələr var ki, məsələn, “Xudadəng” abidə kompleksidir və VI-VII əsrlərdə alban knyazı tərəfindən tikilərək dini məbəd olub. Bundan başqa “Laçınqaya”, “Lev”, “Uluxan”, “Qalaboynu”, “Comərd” və s. Göründüyü kimi qədim məbədgahlarımız uzun illlər mənfur düşmən tapdağı altında qaldı. Təkcə Ağdaban kəndindəki faciə erməni vəhçi və barbarlığını sübut edir. Bütöv bir kəndin tamamilə yandırılması , yüzlərlə dinc sakinə qeyri-insani işgəncələr verilməsi, didərgin salınması XX əəsrin ən qanlı terrorlarındandır. Təəssüf ki, 341 il dünya dövlətləri bu faciələrə göz yumdu. İllər keçsə də yenə, yenidən doğma torpaqlarımıza qayıtmaq ümidini itirmədik. Oranın hər daşında, Qayasında qalan ayaq izimiz bizi səsləyir. Kölgəsinə sığındığımız uca, köksü qızıllarla zəngin, başı buludlara dəyən dağlar bizi harayladı, bizi çağırdı. VƏTƏN BİZİ ÇAĞIRDI. Təbii səngərlər, quşqonmaz laçın qayalar, əzəmətindən adamın bağrını yaran dağlar, 1936 kvadrat kilometrlik ərazi necə yağı əlinə keçə bilər?..
Bu yurd bizimlə gözəl,
Bu yurd bizimlə əzəl,
Yağı boynu qırılmış,
Yurdda nə üzlə gəzər?
VƏ NƏHAYƏT, 15 noyabr 2020-ci il tarixində o atlas geyimli Kəlbəcər rayonu işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin etdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
Ali baş komandanımız İlham Əliyevin uzaqgörən siyasəti, müzəffər ordumuzun rəşadəti və xalqımızın birliyi, amalı, məqsədi namibə QARABAĞ azad olundu. Biz haqlı savaşın məğrur qalibləriyik. Biz dünyanda tayı-bərabəri olmayan qeyrətə, birliyə və vətənpərvərliyə sahib xalqıq. Düşmənə amansız, dosta vəfalı xalqıq. Biz vardıq, biz varıq, daim var olacağıq.
Mən müharibənin ilk günündən bu günə qədər – sentyabrın 27-dən dekabrın 1-nə qədər Azərbaycan xalqına dəfələrlə müraciətlər etmişəm, qələbə sevincini bölüşmüşəm, azad edilmiş şəhərlərimizin müjdəsini vermişəm. Özümü çox xoşbəxt adam hesab edirəm. Çünki bu qələbə bizim ruhumuzu, əyilməz ruhumuzu göstərdi.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 dekabr 2020
27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşından, hərb tariximizdən silinməyəcək. Məhz həmin gün Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələnin başlanğıcı oldu. Öz murdar və çirkin əməllərindən əl çəkməyən, hər fürsətdə təxribatçı və fitnəkar hərəkətlərə əl atan, işğalçılıq və təcavüzkarlıq siyasətini davam etdirən, terrorçuluğu dövlət siyasətinə çevirən insanlıq düşməni nasist və faşist Ermənistan, quldur erməni silahlı birləşmələri növbəti dəfə atəşkəs rejimini pozdu, qanlı əməllərini, sülhə, təhlükəsizliyə təhdid olan niyyətlərini yenidən gerçəkləşdirməyə cəhd etdi. Dərhal Azərbaycan dövlətinin, Azərbaycan Ordusunun daha kəskin, daha sərt cavabı ilə qarşılaşdı. Səbr edən, dözüm göstərən Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu bir andaca səfərbər və tək yumruq oldu, düşmənin cavabının yalnız savaş olduğuna qərar verdi. Beləliklə, Qarabağ münaqişəsinin həllində hərb variantına keçildi, illərdir Qarabağa, işğal olunmuş torpaqlara qayıtmaq eşqi, həvəsi ilə alışıb-yanan Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Bəli, məhz Vətən müharibəsinə. Adına əks-həmlə, əks-hücum əməliyyatı desək də, bu, artıq Vətən müharibəsidir! 1994-ci il may ayının atəşkəsindən sonra başlayan, bizi zəfərlərə, qələbələrə səsləyən və aparan ikinci Vətən müharibəsi.
Bəli, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Azərbaycanın ərazi bütövlüyü, süverenliyi bərpa edildi, ədalət yerini tapdı. İnsanlar öz doğma yurd, yuvalarına qayıdacaqlar, biz öz tarixi torpaqlarımıza qayıdacağıq. Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq. 30 ildir ki, xalqımızın torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Məhz cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin həm siyasi arenada, həm də döyüş meydanındakı gücü, qüdrəti sayəsində Azərbaycan tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq Ali Baş Komandan birliyi oldu. Xalqımız cənab Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək Ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında cənab Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi.
Gözəlliyinə heyran olduğumuz Laçın, Şuşa, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam və Kəlbəcər artıq azaddır. Bu gün Azərbaycanın mili şairi, böyük mücahid Əhməd Cavadın, Nuru paşanın, Ənvər paşanın, Qafqaz İslam Ordusunun igid əsgərlərinin ruhunun şad olduğu gündür. Bu gün Azərbaycan şəhidlərinin sərdarı Mübariz İbrahimovun, daha neçə-neçə ərənlərimizin şəhid ruhunun şad olduğu gündür. Bu gün hamımız üçün, bütün Türk dünyası üçün zəfər və qürur günüdür.
Qarabağ artıq ana vətəni ilə qucaqlaşmış, otuz illik həsrət sona çatmışdır.
Ermənistan məğlub edilmiş ölkə, Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır! Biz gəlmişik, Kəlbəcər!
İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”
QEYD: Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunur