Dünya liderlərinin ilginc keçmişi: dondurma satan, təmizlikçi, sürücü… – SİYAHI


Dünya liderlərinin keçmiş işləri məlum olub.

Turkustan.az xəbər verir ki, bununla bağlı Türkiyənin “Haber 7” nəşri maraqlı siyahı hazırlayıb.

Həmin siyahını təqdim edirik:

1) Saddam Hüseyn (İraqın keçmiş prezidenti)

Əvvəlki işi: Siyasi fəal və Baas Partiyası üzvü; gənc yaşlarından etibarən partiyanın kadr siyasətində iştirak edib, ordu və siyasi strukturlarda yüksəlib.

2)Si Cinpin (Çin sədri)

Əvvəlki işi: Partiya funksioneri, gənclik dövründə kənd işçisi

3)Bəşər Əsəd (Suriyanın keçmiş prezidenti)

Əvvəlki işi: Oftalmoloq (göz həkimi); bu sahə üzrə təhsil alıb və bir müddət peşəkar fəaliyyət göstərib.

4) Boris Conson (Böyük Britaniyanın sabiq baş naziri)

Əvvəlki işi: Jurnalist, yazıçı və siyasətçi

5)Papa Fransisk (əvvəlki Roma Papası)

Əvvəlki işi: Gecə klubu mühafizəçisi

6) Nikolas Maduro (Venesuela prezidenti)

Əvvəlki işi: Avtobus şoferi

7)Nikolas Sarkozi (Fransanın sabiq prezidenti)

Əvvəlki işi: Təmizlikçi

8)Emmanuel Makron (Fransa prezidenti)

Əvvəlki işi: Bankir, maliyyə meneceri

9)Donald Tramp (ABŞ Prezidenti)

Əvvəlki işi: Biznesmen, boş şüşə qab yığıcısı

10) Narendra Modi (Hindistanın baş naziri)

Əvvəlki işi: Çay satıcısı

11) Barak Obama (ABŞ-ın keçmiş prezidenti)

Əvvəlki işi: Dondurma satıcısı

12) Rəcəb Tayyib Ərdoğan (Türkiyə prezidenti)

Əvvəlki işi: Simit, limon satıcısı, futbolçu

13) Volodimir Zelenski (Ukrayna prezidenti)

Əvvəlki işi: Aktyor

14) Vladimir Putin (Rusiya prezidenti)

Əvvəlki işi: KQB agenti (Sovet İttifaqı kəşfiyyat xidməti), hüquqşünas

/Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ