Minlərlə azərbaycanlıya torpaq verilə bilər – Mühüm təklif


“2025-ci il aprelin 1-nə olan məlumata görə, Azərbaycanda müharibə veteranlarının sayı 184 574 nəfər olub, onlara ayda 80 manat təqaüd verilir”.

Turkustan.az xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli deyib.

O bildirib ki, bu ödənişin çox az olması dəfələrlə müzakirə mövzusu olub:

“Parlamentdə, mediada bu problem dəfələrlə işıqlandırılab, amma, təəssüf ki, hələ məsələ həllini tapmayıb. 2026-cı ilin büdcəsinin ilkin parametrlərində də bu ödənişin artacağına dair heç bir işarə yoxdur. Müharibə veteranlarına ayda 14 mln. 765 min 920 manat ödənilir, ilə bu vəsait 177 mln. 191 min təşkil edir. Ödənilən vəsaiti 2 dəfə artırmaq büdcə üçün böyük yük gətirməz”.

İqtisadçı məsələnin həllinə başqa cür yanaşmağı təklif edib:

“Müharibə veteranlarının hər birinə azad etdiyimiz ərazilərdə 20 sot torpaq verilsin və onlara həmin paydan istədikləri kimi istifadə etmək hüququ tanınsın. Yəni istəsələr həmin torpağı sata, ev tikə, icarə verə bilərlər. Bununla da həddən artıq az olan 80 manat ödəniş də tam dayandırılsın. Bu yanaşma mülkiyyət məsələsinin həllində irəliyə doğru atılmış ciddi bir addım olardı”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ