Ötən gecə Ukayna Rusiyanın Saratov vilayətində bir neçə obyektə dron zərbəsi endirib.
Turkustan.az Rusiya mətbuatına istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq səhərə qədər vilayət ərazisində davamlı dron hücumları baş verib.
Yerli sakinlər sosial şəbəkələrdə Engels yaxınlığındakı neft emalı zavodu ərazisində çoxsaylı partlayış və güclü yanğın olduğuna dair məlumat yayıblar.
Ukrayna mətbuatı zavodun əsas qurğularından birinin sıradan çıxarıldığını, güclü yanğının davam etdiyini yazırlar.
Hazıra regiondakı hava limanları uçuş və enişə qapalıdır. /Musavat.com/