ABŞ və Çin hərbi əlaqələri bərpa ediblər


Vaşinqton və Pekin ABŞ Prezidenti Donald Tramp və Çin Sədri Si Cinpinin Cənubi Koreyadakı görüşündən sonra hərbi əlaqə kanallarını bərpa ediblər.

Turkustan.az xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset "X" sosial şəbəkə hesabında məlumat verib.

Heqset qeyd edib ki, Çinin müdafiə naziri admiral Donq Tszyun ilə danışıqlar müsbət mühitdə keçirilib və tərəflər münaqişələrin qarşısını almaq və yarana biləcək problemləri aradan qaldırmaq üçün əlaqə kanalları yaratmaqda razılığa gəliblər.

O həmçinin əlavə edib ki, gələcəkdə iki ölkənin hərbi nümayəndələri arasında əməkdaşlığı daha da gücləndirmək üçün yeni görüşlər planlaşdırılıb./modern.az


MANŞET XƏBƏRLƏRİ