Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı daha bir nəfər həbs edilib.
Turkustan.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini işləyən Mansurov Zülfüqar Hüseynbala oğlu barəsində 3 ay 28 gün həbs qətimkan tədbiri seçilib.
O, təkrar külli miqdarda rüşvət almaqda ittiham olunur.