Azərbaycanda turistləri daşıyan avtobus aşdı, ölənlər var


Cəlilabadda dəhşətli yol qəzası baş verib.

Turkustan.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, istirahət mərkəzinə turistləri aparan mikroavtobus dağa qalxarkən aşıb.

Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.

Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


MANŞET XƏBƏRLƏRİ