Azərbaycanda güclü zəlzələ oldu


Talış dağlıq zonasında 5,2 bal gücündə zəlzələ baş verib.

Turkustan.az xəbər verir ki, bu barədə Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.

İlkin məumata görə, zəlzələ Lənkəran rayonu ərazisində qeydə alınıb.

Yerli vaxtla 17:23-də baş verən yeraltı təkan 18 km dərinlikdə meydana gəlib.

Zəlzələ episentrdə 6 bala yaxın, ətraf rayonlarda isə 5-3 bala qədər hiss olunub.


MANŞET XƏBƏRLƏRİ