Bakıda su borusu partladı: İçməli suyun verilişi müvəqqəti dayandırıldı - VİDEO


Bakının Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində su borusu partlayıb.

“Azərsu” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Cəbrayıllı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, qəsəbənin D massivində Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən həmin xəttə suyun verilişi dayandırılıb.

Əraziyə qəza-bərpa briqadası cəlb olunub.

Hazırda təmir işləri aparılır.


MANŞET XƏBƏRLƏRİ