İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 59 mini keçdi


İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həlak olanların sayı son 24 saatda 134 nəfər artaraq 59 mini keçib.

Turkustan.az xəbər verir ki, Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada İsrailin davam edən hücumları nəticəsində ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.

Açıqlamada Qəzzada son 24 saatda 134 ölü və 1555 yaralının xəstəxanalara çatdırıldığı qeyd edilib.

Yanvarın 19-da Qəzzada razılaşdırılmış atəşkəsi pozan İsrail ordusunun martın 18-dən bu yana başlatdığı hücumlarda 8196 fələstinlinin həyatını itirdiyi, 30094 nəfərin isə yaralandığı bildirilib.

2023-cü il oktyabrın 7-dən etibarən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 59 min 29 nəfərə, yaralı sayının isə 142 min 135 nəfərə yüksəldiyi bildirilib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ